Dərc edildi: Baxış sayı: 757
Şah İsmayıl Xətai - Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyf
Ol pǝripeykǝr mǝnǝ yar olmadı, heyf oldu heyf,
Aldı könlümnü vǝfadar olmadı, heyf oldu heyf,
Saxlar idim qǝhrini könlümdǝ daim can kimi,
Sirrimi faş etdi, ǝsrar olmadı, heyf oldu heyf.
Kim ki, yüzbin mǝkr ilǝ qıldı mǝni sǝndǝn cüda,
Yüz bǝlayǝ ol giriftar olmadı, heyf oldu heyf.
Firqǝtin oduna yandım, canü dil oldu kǝbab,
Kimsǝ halimdǝn xǝbǝrdar olmadı, heyf oldu heyf.
Eşq ǝlindǝn xǝstǝ düşdü bu Xǝtainin tǝni,
Lǝblǝrindǝn bircǝ timar olmadı, heyf oldu heyf.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət