Dərc edildi: Baxış sayı: 1086
Şah İsmayıl Xətai - Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur
Ol pǝripeykǝr ki, çeşmimdǝn nihan olmuş durur,
Baqi ömrüm olsun, ol cismimdǝ can olmuş durur.
Ya rǝb, ol gözlǝr nǝ bağın nǝrgizi-şǝhlasıdır,
Kim, qǝmindǝn cismü canım natǝvan olmuş durur.
Eylǝ kim, bülbül yeri gülşǝndir, ey gülyüzlü yar,
Könlümǝ kuyin mǝqamı gülsitan olmuş durur.
Onca çǝkdim möhnǝti-hicrin ğǝmin, ey bivǝfa,
Cövri-eşqindǝn vücudim natǝvan olmuş durur.
Ta Xǝtai gördi ol hüsni-cǝmalın, ey günǝş,
Gör necǝ alǝm dilindǝ dasitan olmuş durur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət