Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ol pəri kim, bu cahanda hüsninin həmtası yox

Şah İsmayıl Xətai - Ol pəri kim, bu cahanda hüsninin həmtası yox
Sakura

Şah İsmayıl Xətai - Ol pəri kim, bu cahanda hüsninin həmtası yox

Ol pǝri kim, bu cahanda hüsninin hǝmtası yox, 
Sǝrvi-rǝnanın xuraman qǝddinin balası yox. 

Gecǝ-gündüz mǝn onun hicrindǝ yanmaqdır işim, 
Neylǝyim ki, ol mǝhin mǝndǝn yana pǝrvası yox. 

Ögmǝ, ey zahid, mǝnǝ rizvanü cǝnnǝt bağini, 
Kim onun, yarım yüzi tǝk bir güli-hǝmrası yox. 

Qılma, ey naseh, mǝnǝ zülfin sevǝrsǝn, deyǝ, tǝn, 
Xansı aşiqdir kim, ondan başqa bir sövdası yox. 

Gǝrçi çoxdur dünyada, üşşaqi ol mahin, vǝli, 
Bu Xǝtai xǝstǝ tǝk bir aşiqi-şeydası yox.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR