Dərc edildi: Baxış sayı: 729
Şah İsmayıl Xətai - Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir
Ol kimsǝ kim, bu dünyǝvü üqbadǝ şahdir,
Hǝm ǝnbiyalǝr üstǝ ulu padşahdir.
Tǝrif edüb sifatini, şirim, dedi xuda,
Bu doğru sözǝ insü mǝlayik güvahdir.
Hǝm bǝhrü kanü kuhi-vilayǝtdir ol Əli,
Düşmǝn onun qatında qamu bǝrgi kahdir.
Olmaz qǝnim qǝnbǝrinǝ bǝbrü ǝjdǝha,
Çün hǝmdǝmi o şahi-cǝhanın ilahdir.
Hǝr kim onu sevǝrsǝ Yeziddǝn nǝ fikri var,
Çün qullarına xofü xǝtǝrdǝn pǝnahdir.
Ol mǝdǝni-vilayǝt onun asitanıdır,
Kim, eşigindǝ insü mǝlǝk dadxahdir.
Gǝr bürci-ǝrşin üstǝ mǝlǝk anı sevmǝsǝ,
Harut tǝk mǝqami onun qǝ'ri-çahdir.
Bürcündǝ övliyaların ol, filmǝsǝl, tamam,
Kovkǝb içindǝ nisbǝti xyrşidü mahdir.
Mǝşhǝr günündǝ lütfün umar dǝstgir ola,
Miskin Xǝtai xǝstǝyǝ, kim, pürgünahdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət