Dərc edildi: Baxış sayı: 923
Şah İsmayıl Xətai - Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir
Ol gedǝn yarımmıdır, ya ixtiyarımdır gedir,
Bilmǝzǝm canımmıdır, ya suvlu yarımdır gedir.
Tǝndǝ canım qalmadı, anunla olmuşdur rǝvan,
Ol mǝnim ruhi-rǝvanım, ya nigarımdır gedir.
Canım andan ayrı tǝndǝ, bir dǝm ǝylǝnmǝz mǝnim,
Ğǝm mǝni eylǝr hǝlak, ol qǝmküsarımdır gedir.
Qalmadı heç karü bari bu Xǝtai xǝstǝnin,
Anın ilǝ karü barım hǝrçi varımdır gedir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət