Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana

Şah İsmayıl Xətai - Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana
Sakura

Şah İsmayıl Xətai - Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana

Nitqi-ǝnfasi-Mǝsihin dǝmbǝdǝm candır mana, 
Çünki mǝn Xızrǝm dodağın abi-heyvandır mana. 

Bilmǝzǝm alǝmdǝ yarǝb, gǝrdişi-ǝyyami-ğǝm, 
Lütfi-ehsanınmıdır, ya cövri-hicrandır mana. 

Vermişǝm imanımı zǝnciri-zülfin küfrinǝ, 
Bǝndi-zülfin küfrini gördüm nǝ imandır mana. 

Dün rǝqibi-kafiri-gümrahilǝ eybindǝ kim, 
Hǝr hekayǝtlǝr ki, qıldın cümlǝ pünhandır mana. 

Bu Xǝtai birlǝ solmuş bir dǝxi, ey şahi-hüsn, 
Ta dǝhanın xatǝmi-mehri-Süleymandır mana. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR