Dərc edildi: Baxış sayı: 705
Şah İsmayıl Xətai - Nə xacəyəm, nə də mal əksiyimdir
Nǝ xacǝyǝm, nǝ dǝ mal ǝksiyimdir,
Nǝ sultanǝm, nǝ xud qul ǝksiyimdir.
Ərǝnlǝr dünyaya murdar demişlǝr,
Nǝ gǝrkǝsǝm, nǝ murdar ǝksiyimdir.
Mǝn qürab deyilǝm, zağı gözlǝyǝm,
Zira mǝn bülbülǝm gül ǝksiyimdir.
Seyr eylǝdim tamunun dörd guşǝsin,
Nǝ yanaram, nǝ xud nar ǝksiyimdir.
Şah Xǝtaim hǝr şeydǝ bir nǝzǝr var,
Bir yüzü nurlu didar ǝksiyimdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət