Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir

Şah İsmayıl Xətai - Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir
Sakura

Şah İsmayıl Xətai - Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir

Nǝ insansan, sǝn ey can kim, cǝmalın hǝqqǝ mǝzhǝrdir,
Qaşınlan qamǝtin şǝkli mǝnǝ mehrabü mǝnbǝrdir.

Sǝn ey türki-pǝri, dilbǝr, ǝcayib süni-yǝzdansan,
Görǝndǝn bǝrlü rüxsarın sözüm Allahü ǝkbǝrdir.

Könül sǝhrayi-hicranda, dilǝmǝz nafeyi-ahu,
Əyağın torpağı cana, mǝnǝ çün müşki-ǝnbǝrdir.

Nǝ bürcün kovkǝbisǝn sǝn, ǝya mehri-cahan takim,
Cǝmalın aftabından ona alǝm münǝvvǝrdir.

Bu gün ixlasü sidqilǝ Xǝtai valeh olmuşdur,
Ki, yüzü şǝmi-ǝnvari, saçı onun müǝnbǝrdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR