Dərc edildi: Baxış sayı: 678
Şah İsmayıl Xətai - Munca cövr etdin mənə, namehribanlıq nə sud?
Munca cövr etdin mǝnǝ, namehribanlıqdan nǝ sud?
Öldürǝndǝn sonra, ey can, mehribanlıqdan nǝ sud?
Qǝhrin ilǝn tǝlx keçdi çünki ömrüm dünyǝdǝ,
Yaşım üzdǝn istǝyibǝn, şadimanlıqdan nǝ sud.
Bilmǝzǝm neçün durur düşmǝnliyin bu növilǝn,
Lütfini göstǝrmǝyib, hǝm bu yamanlıqdan nǝ sud.
Çünki rǝhmin yoxdurur, mǝn piri-eşqin halına,
Bu cahan bağindǝ, ey sǝrvim, cavanlıqdan nǝ sud.
Ey Xǝtai, dilbǝrin çün kim, cǝfa eylǝr sǝnǝ,
Bivǝfa alǝmdǝ böylǝ zindǝganlıqdan nǝ sud.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət