Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Mənəm bir tən və leykin can onundur

Şah İsmayıl Xətai - Mənəm bir tən və leykin can onundur
Sakura

Şah İsmayıl Xətai - Mənəm bir tən və leykin can onundur

Mǝnǝm bir tǝn vǝ leykin can onundur,
Ki, hǝr kim can qıyar canan onundur.

Tǝbibimdir mǝnim, ruhum, rǝvanım,
Zǝifǝm, xǝstǝyǝm, dǝrman onundur.

Eşigindǝ onun mǝn bir gǝdayǝm,
Nǝ kim, lütf eylǝsǝ ehsan onundur.

Sǝadǝt bürcünün dilxahi oldur,
Yer ilǝ göyü hǝm Keyvan onundur.

Lǝbin yanında xǝttin Xızrǝ bǝnzǝr,
Kǝnari-çeşmeyi-heyvan onundur.

Sǝri-zülfi-lǝbi-lǝlini gördüm,
Tǝmami Türk, Hindistan onundur.

Sǝni sevmǝn deyǝnlǝr kafǝr oldu,
Yüzünü kim sevǝr iman onundur.

Mǝgǝr mǝşşatǝ zülfin şanǝ qılmış,
Bu könlün nikhǝti-reyhan onundur.

Xǝtavü Misr ilǝn Çinü Xorasan,
Əraqü Fars hǝm Kirman onundur.

Başın top edǝ gǝr canan yolunda,
Çalınsın top çün çövkan onundur.

Xǝtai, can fǝda şol yarǝ qıl ki,
Cǝhanü cümlǝ cismü can onundur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR