Dərc edildi: Baxış sayı: 708
Şah İsmayıl Xətai - Məclis əhli çaxır içəndə dutar əldə əyağ
Mǝclis ǝhli çaxır içǝndǝ dutar ǝldǝ ǝyağ,
Sanǝsǝn bir şǝmdir kim üstǝ yanır bir çırağ.
Gülşǝni-mǝclisdǝ bir şuxi pǝridür dilrüba,
Sanǝsǝn bir lalǝdir bağrında onun dürlü dağ.
Dustkam olsun hǝmişǝ ol berǝcmi-dustan,
Oldu mǝclisdǝ müşǝrrǝf busǝsindǝn solu sağ.
Müşkü ǝnbǝr mǝcmǝridir, yoxsa cami-mey durur.
Buyi-xubindǝn onun daim müǝttǝrdir dimağ.
Mehr ilǝn yari ki, gǝlmişdir, zi gülşǝn yadigar,
Bu Xǝtai xǝstǝdildir, xaki-ol mǝhruyi-bağ.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət