Dərc edildi: Baxış sayı: 684
Şah İsmayıl Xətai - Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndir
Mana cövrü cǝfa qılmaq, deyil cananǝlǝrdǝndir,
Yaman yoldaşilǝn yar olma ki, nadanǝlǝrdǝndir.
Mǝnimtǝk aşinayi yad qıldın, ey tǝrǝhhümsiz,
Fǝlǝkdǝn görmǝzǝm anı qamu biganǝlǝrdǝndir.
Fǝdadır bil, yǝqin billah yolunda, cani-şirinim,
Cǝmalın şǝminǝ hǝr dǝm yanan pǝrvanǝlǝrdǝndir.
Xǝbǝr tutmaz hǝqiqǝtdǝn, riyayi-zahidin fǝhmi,
Anın fikri ǝcayib qisseyi-ǝfsanǝlǝrdǝndir.
Xǝtai, nǝzmi-ǝşarinǝ yüz min afǝrin gǝlsin,
Ki, aqillǝr xǝyalından deyil, divanǝlǝrdǝndir!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət