Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Mahimi gördüm ki, yüzindən niqab almış gedər

Şah İsmayıl Xətai - Mahimi gördüm ki, yüzindən niqab almış gedər
Sakura

Şah İsmayıl Xətai - Mahimi gördüm ki, yüzindən niqab almış gedər

Mahimi gördüm ki, yüzindǝn niqab almış gedǝr,
Pǝrtövü nurindǝn anun afitab almış gedǝr.

Dövri-hüsnindǝn anun, ey yaşlı çeşmim uymagil,
Kim, şǝbi-zülfindǝn anun, ruzi-xab almış gedǝr.

Dilbǝrim cami-şǝrab içmiş, eşitdim nöql üçün,
Aşiqi-dilxǝstǝ bağrından kǝbab almış gedǝr.

Ol pǝri getdikdǝ alǝm necǝ heyran olmasın,
İşvǝvü kirişmǝvü nazü itab etmiş gedǝr.

Ol sǝnǝm rǝna gedǝr, yer üstǝ çǝkmiş damǝnin.
Bu Xǝtai xǝstǝ, ol yerdǝn turab almış gedǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR