Dərc edildi: Baxış sayı: 714
Şah İsmayıl Xətai - Könül ta kim, ğəmindən aşinadır
Könül ta kim, ğǝmindǝn aşinadır,
Qǝrarü sǝbrdǝn mütlǝq cüdadır.
Könül pǝnd almadı, sevdi yüzünü,
Ona bu dǝrdi-möhnǝtlǝr cǝzadır.
Gǝl ey hǝmdǝm, hǝzǝr qıl, eşqǝ düşmǝ,
Bǝladır xubları sevmǝk, bǝladır.
Nola aşiqlǝri öldürsǝn, ey dust,
Lǝbin bir busǝsi yüz xunbǝhadır.
Könül bir yarǝ vermişdir Xǝtai,
Eşigindǝ sǝlatinlǝr gǝdadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət