Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Könül bir yarı sevdi kim, pəridir

Şah İsmayıl Xətai - Könül bir yarı sevdi kim, pəridir
Sakura

Şah İsmayıl Xətai - Könül bir yarı sevdi kim, pəridir

Könül bir yarı sevdi kim, pǝridir,
Cahan içrǝ gözǝllǝr sǝrvǝridir!

Boyu bağ içrǝ sǝrvi-nazǝ bǝnzǝr,
Yanağı hǝmçü vǝrdi-ǝhmǝrdir.

Yüzüdür nisbǝti-xurşidi-taban,
Fǝlǝkdǝ mah onunçün Müştǝridir.

Yüzü sǝhni-gülüstan içrǝ güldür,
Saçının buyi müşki ǝnbǝridir.

Kim onun vǝslinǝ bir dǝm irişsǝ,
Cǝmii mülki-alǝmdǝn bǝridir.

Saçının rǝngidir, çün leylǝtülqǝdr,
Cǝmali-nuri-şǝmsi-xavǝridir.

Əzǝldǝn anu sevdim canü dildǝn,
Sağınmasun ki, eşqim sǝrsǝridir.

Baxıb heyran olur Hüsnünǝ alǝm,
Xǝtai xǝstǝnin ol dilbǝridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR