Dərc edildi: Baxış sayı: 633
Şah İsmayıl Xətai - Könlümü alan mənim ol dilrüba yarım durur
Könlümü alan mǝnim ol dilrüba yarım durur,
Gǝrçi könlümni alur, amma ki, qǝmxarım durur.
Necǝ kim, cövri-cǝfa qılsan bu mǝn dilxǝstǝyǝ,
Eylǝmǝn ondan şikayǝt kim, vǝfadarım durur.
Gecǝlǝr dǝ uyxu gǝlmǝz gözümǝ qan ağlaram,
Köydǝki kövkǝb deyil, şol çeşmi-bidarım durur.
Tanrı üçün, yola gǝlsǝn, bir qǝdǝm ahǝstǝ bas,
Ayağın altında topraq cismi-bimarım durur.
Bu Xǝtai afitabǝ eylǝdi göydǝ nǝzǝr,
Yar aydır, kim; "ona bax, ǝksi-rüxsarım durur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət