Dərc edildi: Baxış sayı: 705
Şah İsmayıl Xətai - Hüsni-rüxsarın, kim, oldu canü dil heyran ona
Hüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,
Vǝdǝyi-dövri-qǝmǝrni tapşırır dövran ona.
Çün sǝnin hüsnün misali-Yusifi-Kǝnandir,
Yüzini hǝr kim ki, görmǝz yoxdurur iman ona.
Atǝşi-eşqindǝ, ey xunxarǝ gözlü dilbǝrim,
Öylǝ yanmışdır bu bağrım yoxdurur dǝrman ona.
Gül yanağın, dilbǝra, bǝs tazǝtǝrdir hǝr zaman,
Qanlı yaşımdan tökǝr hǝrdǝm gözüm baran ona.
Zülmǝti-zülfindǝ könlü bu Xǝtai xǝstǝnin,
Xızra bǝnzǝr kim, görünmǝz çeşmeyi-heyvan ona.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət