Dərc edildi: Baxış sayı: 637
Şah İsmayıl Xətai - Həsrətindən dilbəra, qaldı du çeşmim xabsiz
Hǝsrǝtindǝn dilbǝra, qaldı du çeşmim xabsiz,
Eylǝ kim yulduzlar olur gecǝ göydǝ xabsiz.
Ta sǝdǝf ağzında yarın görmüşǝm dür dişlǝrin,
Eşq bǝhrindǝ könül ol mǝnidǝn ğǝrqabsiz.
Zülmǝti-hicranda qaldım bir mǝdǝd qıl halimǝ,
Ey pǝrişǝn, çünki rüxsar ilǝ siz mǝhtabsiz.
Əhli-hǝq qapından özgǝ heç yerǝ qılmaz sücud,
Ey sǝnǝm, çün daima aşiqlǝrǝ mehrabsiz.
Bu Xǝtainin vücudi oldu nurindǝn zühur,
İki alǝm zǝrrǝdir, xurşidi-alǝmtabsiz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət