Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür

Şah İsmayıl Xətai - Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür
Sakura

Şah İsmayıl Xətai - Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür

Hǝr zaman kim, qarşuma ol dilbǝri-mǝhru gǝlür, 
Canimǝ bir od düşür, bu dilimǝ yahu gǝlür. 

Sinǝmi qarşu tutaram, kuyinǝ ol dilbǝrin, 
Sağınuram dǝmbǝdǝm Veysi-Qǝrindǝn bu gǝlür. 

Hǝsrǝtindǝn dilbǝrin düşdüm Sǝrǝndib kuhinǝ. 
Aşiqi-dilxǝstǝni hǝrdǝm sorur ahu gǝlür. 

Canımı qurban qalardım, yoluna ol dilbǝrin, 
Ol zǝmandan kim, deyǝrlǝr ol büti-mǝhru gǝlür. 

Ey Xǝtai, sǝn vücudin cuyini pak eylǝ gǝl, 
Çünki, pak olsa ona sǝrçeşmǝdǝn bir su gǝlür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR