Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür

Şah İsmayıl Xətai - Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür
Sakura

Şah İsmayıl Xətai - Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür

Hǝr sübhdǝm ki, kuyi-sǝnǝmdǝn sǝba gǝlür,
Qǝmgin könül mǝqaminǝ yüz min sǝfa gǝlür.

Şadü fǝrǝh bulub, dili-canım zǝbanimǝ,
Əhlǝn vǝ xeyr mǝqǝdǝmü sǝd mǝrhǝba gǝlür.

Bir busǝsinǝ canü dil istǝr bǝha sǝnǝm,
Gǝrçi birinǝ yüz dilü canım bǝha gǝlür.

Mǝnidǝ gǝrçi aşiqü mǝşuq bir durur,
Mǝndǝn dua gedǝr, nişǝ sǝndǝn cǝfa gǝlür.

Bağışlagil Xǝtai günahın, ǝya pǝri!
Bǝxş edǝ şah neçǝ ki, quldan xǝta gǝlür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR