Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Hər kimə kim, səncəliyin bir pərivəş yar ola

Şah İsmayıl Xətai - Hər kimə kim, səncəliyin bir pərivəş yar ola
Sakura

Şah İsmayıl Xətai - Hər kimə kim, səncəliyin bir pərivəş yar ola

Hǝr kimǝ kim, sǝncǝliyǝn bir pǝrivǝş yar ola, 
Əqlü huşü xani-manından dǝxi avar ola. 

Başinǝ hǝr kimsǝnin düşsǝ saçın sevdalǝri, 
Tǝrk edüb dünyanı ömründǝn dǝxi bizar ola. 

Sǝn tǝki alǝmdǝ olmaz, gǝr olarsa dilbǝra, 
Bu gözü cadusifǝt, hǝm qaşları mǝkkar ola. 

Dǝrdü ğǝm gǝldikcǝ sǝndǝn, şad olurmǝn dilbǝra, 
Görüm onları mǝnim könlümdǝ bǝrxurdar ola. 

Qıla dönmüşdür vücudim, möhnǝti-cövrin çǝkǝ, 
Sağ gǝzǝn düşmǝnlǝrin bu bǝndǝ tǝk bimar ola. 

Hǝmdǝmin daim rǝqib olmuşdur ey, gül yüzlü yar, 
Xanda bir gül bitsǝ, lazımdır yanında xar ola. 

Eşqinǝ hǝr kim giriftar oldu, ey kafǝr necǝ, 
Şeyx Sǝnan tǝk belinǝ bağlayan zünnar ola. 

Vǝsl ilǝn şad eylǝ qurtar, dǝrdü ğǝmlǝrdǝn mǝni, 
Dǝrdi-hicranın çǝkǝn ki, bu dili-ǝfkar ola. 

Varmıdır bir kimsǝ, yarǝb, ǝhli-üşşaq içrǝ yar. 
Bu Xǝtai xǝstǝdiltǝk aşiqi-didar ola?! 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR