Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Həqin nüsxələrində bir bəyan var

Şah İsmayıl Xətai - Həqin nüsxələrində bir bəyan var
Sakura

Şah İsmayıl Xətai - Həqin nüsxələrində bir bəyan var

Hǝqin nüsxǝlǝrindǝ bir bǝyan var,
Müqǝrrǝr biliniz kim, qanǝ-qan var.

Başım qurban sana, ey mürşidi-hǝq,
Neçǝ yüz mǝn tǝki cana qıyan var.

Əlin var, yaxşı sǝn qırdın Yezidi,
Cahandar olasan ta kim, cahan var.

Hǝnuz şah Heydǝrin qanı qalıbdır,
Yezidǝ bir dǝxi külli qǝran var.

Sana münkir, derǝm görmǝzsǝn anı,
Günǝşdǝn ǝhli-hǝq qatna ǝyan var.

Mǝnim halım şaha ǝrz etmǝk üçün,
Yeri badi-sǝba, sǝn bir zaman var.

Bu yola varmaq olmaz rǝhnümasız,
Necǝ kim, olasan sǝn soraqan var.

Yǝqin, ixlas gǝrǝk eşqin yolunda,
Get ey münkiri-lǝin sǝndǝ güman var.

Ögüş xof eylǝmǝn eşqin yolunda,
Rǝfiqim ğazilǝrdǝn karivan var.

Müǝzzin gecǝ-gündüz çağırır hey.
İmam gǝldi, namaza dur, oyan, var.

Sǝfǝr qıl, dur, oturma, ey Xǝtai,
Ki, şǝhri-Ərdǝbildǝ xanǝdan var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR