Dərc edildi: Baxış sayı: 684
Şah İsmayıl Xətai - Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş
Hǝq lǝbindǝn ğönçǝni gülşǝndǝ xǝndan eylǝmiş,
Leyk bu nazikliyi lütf ilǝ çǝndan eylǝmiş.
Qamǝtinin kölgǝsi tǝrhin götürmüş bağiban,
Bağda ǝksindǝn onun sǝrvi-xuraman eylǝmiş.
Div oğurlamışdı bir zǝrrǝ dǝhanın nǝqşini,
Varmış, ondan xatǝmi-mehri-Süleyman eylǝmiş,
Zülmǝti-zülfindǝ içmiş, lǝblǝrin abini Xızr,
Heyyi baqi bulmuş adın abi-heyvan eylǝmiş.
Şanǝdǝn mǝşşatǝ salmış hǝr saçın, qılın yerǝ,
Sǝrbǝsǝr xaki-cǝhani ǝnbǝrǝfşan eylǝmiş.
Arizin bağindǝ bir mürği-hǝrim olmuş Xǝlil,
Ol sǝbǝbdǝn hǝq ona odu gülüstan eylǝmiş.
Bu Xǝtai qanını tökmǝkdǝ ikǝn, tökmǝdin,
Onda hǝr müfti ki, mǝn etmiş sǝni, qan eylǝmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət