Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Həq əzəl meyxanəsindən verdi bu cami mana

Şah İsmayıl Xətai - Həq əzəl meyxanəsindən verdi bu cami mana
Sakura

Şah İsmayıl Xətai - Həq əzəl meyxanəsindən verdi bu cami mana

Hǝq ǝzǝl meyxanǝsindǝn verdi bu cami mana, 
Kainat ǝhli tǝǝccüb qıldılar qamu mana. 

Bilmǝz idim xǝtti-rüxsarın sifatın söylǝmǝk, 
Fitnǝ çeşmin qǝmzǝsi öyrǝtdi ilhami mana. 

Sǝbrü aramım gedibdir görmǝzǝm eynimdǝ xab, 
Firqǝtin bir eylǝmişdir sübh ilǝ şami mana. 

Çox cǝfa hasil olan sǝndǝn mana, ey bivǝfa, 
Aqibǝt eylǝr xǝyalın rǝsmi-bǝdnami mana. 

Köynǝyindǝn çıx, dedim şol sǝrv gül xǝndanıma, 
Zǝrrǝcǝ qayınmadı göstǝrdi ǝndamı mana. 

Ey Xǝtai, zülfinin zǝncirinǝ qeyd etmǝ dil, 
Danǝdir xali onun hǝm zülfidir dami mana

Xaki-payın sürmǝdir, eynimǝ ǝnam et mana, 
Gǝr qǝbul olmaz müradim sǝndǝn elam et mana. 

Dǝrdimin dǝrmani rüxsarini görmǝkdir sǝnin, 
Tǝşnǝyǝm billah, dodağın şǝrbǝtin cam et mana. 

Çün könül xalin ucundan düşdü zülfin qeydinǝ, 
Bigünah öldürmǝgil hǝr lǝhzǝ aram et mana. 

Istǝmǝn zahirdǝ faş olmaq anınçun gözlǝrǝm, 
Mehri-eşqin razini, ey yar, ilham et mana. 

Bu Xǝtaidǝn götürgil möhnǝti-hicranını, 
Ey pǝriru, tanriçün, ancaq ilzam et mana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR