Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir

Şah İsmayıl Xətai - Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir
Sakura

Şah İsmayıl Xətai - Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir

Gördüm yüzüni, ey sǝnǝm, billah ki, xoş cananǝdir,
Manǝndi yoxdur hüsninin qiymǝtli bir dürdanǝdir.

Pǝnd nǝsihǝt tutmadın, neyçün könül verdin ona,
Billah cǝzadır, ey könül, hicran oduna yanǝdir.

Yüzün çü mahi-bǝdrdir, yeldası zülfin sayǝsi,
Mǝst aşiqlǝri eylǝyǝn lǝli-lǝbin peymanǝdir.

Yüz göstǝribǝn alǝmǝ, neyçün açırsan vǝchini,
Dilbǝr yüzü fitnǝ deyil, sor ey könül, aya nǝdir?

Ol dilbǝrin rüxsarına, verdi Xǝtai könlünü,
Ah ilǝ tab oldu işim ol şǝminǝ pǝrvanǝdir.

Könül, şad ol ki, canan gǝldi, derlǝr,
Bu mürdǝ cisminǝ can gǝldi, derlǝr.

Şikayǝt eylǝmǝ sǝn hicr ǝlindǝn,
Sǝnin dǝrdinǝ dǝrman gǝldi derlǝr.

Bu zülmǝt cövrini çox çǝkdi bülbül,
Bahar irdi gülüstan gǝldi, derlǝr.

Qarınca bağladı bel xidmǝtinǝ,
Əsǝn yellǝr Süleyman gǝldi, derlǝr.

Xǝtai, can fǝda dustun yoluna,
Bu gün dust sanǝ mehman gǝldi, derlǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR