Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər

Şah İsmayıl Xətai - Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər
Sakura

Şah İsmayıl Xətai - Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər

Getmǝ sǝn eşqin ki, bir kǝnci-nihan ǝldǝn gedǝr,
Bil ki, sǝn getsǝn yanımdan tǝndǝ can ǝldǝn gedǝr.

Qayib oldu gül yüzün çeşmindǝn, ey ruhi-rǝvan,
Qorxaram ki, sünbüli-ǝnbǝrfişan ǝldǝn gedǝr.

Candan oldum, ey pǝrivǝş, möhnǝtindǝn tanrıçün,
Qıl tǝrǝhhüm ki, bu cismi-natǝvan ǝldǝn gedǝr.

Ahim odundan kim oldu yerü göy zirü zǝbǝr,
Ehtiyat et ki, zǝminü asiman ǝldǝn gedǝr.

Mǝn yaman etsǝm neçǝ, sǝn yaxşılıq qıl, ey ǝziz,
Nǝsnǝ qalmaz dünyǝdǝ, yaxşı-yaman ǝldǝn gedǝr.

Basmadın hǝr yerǝ kim bir dǝm qǝdǝm tutmaz qǝrar,
Mǝskǝn eylǝ, çün müşǝrrǝfdir mǝkan ǝldǝn gedǝr.

Bu Xǝtai, ey sǝnǝm, bir dǝm cǝmalın görmǝsǝ,
Taqǝt etmǝz dǝ kim ol ruhi-rǝvan ǝldǝn gedǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR