Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana

Şah İsmayıl Xətai - Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana
Sakura

Şah İsmayıl Xətai - Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana

Getdi ol mǝhru yanımdan, yüz cǝfa qaldı mana, 
Cövr bilmǝn, kim, bǝlayi-müntǝha qaldı mana. 

Ey pǝri, çox işveyi-hüsninǝ mǝğrur olma kim, 
Mülki-fani sanmagil, kim nǝ sana qaldı, mana. 

Ta kim, ol xurşidrux getdi gözümdǝn su tǝki, 
Göz yaşım onun üzündǝn aşina qaldı mana. 

Sǝn gedǝndǝn bǝrlü anca zarü ǝfğan etmişǝm, 
Yerü gög, insü mǝlǝk cümlǝ baxa qaldı mana. 

Dilbǝrin getdi, Xǝtai, sǝn nedirsǝn dünyanı? 
Çünki can getdi, bu tǝn, yarǝb, niyǝ qaldı mana! 

Hǝrdǝm ğǝmindǝ nalǝvü ahim yetǝr mana, 
Dünya yüzündǝ ol yüzi-mahim yetǝr-mana. 

Isbat qılmışam ruxi-zǝrd, ǝşki-sürximi, 
Dǝviyi-eşqǝ böylǝ güvahim yetǝr mana. 

Alǝm xǝlayiqi mǝnǝ cümlǝ hǝsud ola. 
Ol asitanın iti pǝnahim yetǝr mana. 

Zahid, ögünmǝ, taleyi-sǝdǝm, deyib yüküş, 
Sǝn var işinǝ bǝxti-siyahim yetǝr mana. 

Kǝsmǝ ümidi-rǝhmǝti hǝqdǝn, Xǝtai, sǝn, 
Cümlǝ xǝtadǝ lütfi-ilahim yetǝr mana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR