Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana

Şah İsmayıl Xətai - Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana
Sakura

Şah İsmayıl Xətai - Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana

Getdi ol dilbǝr, bǝsi dǝrdü bǝla qaldı mana, 
Nǝ bǝla, bil kim, yüküş cövrü cǝfa qaldı mana. 

Bunca gǝldim, mǝn gǝdayǝ heç inayǝt qılmadın, 
Eşigindǝ qaldığım dǝsti-dua qaldı mana. 

Müjdǝ gǝldi dilstanimdǝn ki, qǝtl oldu rǝqib, 
Şükr kim, biganǝ getdi, aşina qaldı mana. 

Anca kövkǝb kimi, yaş tökdi, ğǝmindǝn gözlǝrim, 
Yer ilǝ, gög ilǝ keyvan hǝm, baxa qaldı mana.

Ey Xǝtai, zülfi tǝk arındı yüzdǝn Zǝngbar, 
Dilbǝri-Çinü Xötǝn, xubi-Xǝta qaldı mana. 

Can olmaz isǝ, sǝn tǝki canan yetǝr mana, 
Vǝslin bu xǝstǝ könlümǝ dǝrman yetǝr mana. 

Hicrin cǝfası eylǝ yıxıbdır bu könlümü, 
Hǝr şǝb qapunda nalǝvü ǝfğan yetǝr mana. 

Zülmǝt içindǝ abi-hǝyat istǝmǝz könül, 
Lǝlin zülali çeşmeyi-heyvan yetǝr mana. 

Zahid, qoparma sǝn mǝni meyxanǝdǝn bu gün, 
Ruzi-ǝzǝldǝ yar ilǝ peyman yetǝr mana. 

Gǝrçi, Xǝtai, getdi ǝlindǝn visali-dust, 
Hǝrdǝm xǝyali-didǝyǝ mehman yetǝr mana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR