Dərc edildi: Baxış sayı: 643
Şah İsmayıl Xətai - Gərçi gün xoşdur, vəli rüxsarın ondan yaxşıdır
Gǝrçi gün xoşdur, vǝli rüxsarın ondan yaxşıdır,
Ay dǝxi taban durur, didarın ondan yaxşıdır.
Nafeyi-müşki-Xütǝn gǝrçi müǝttǝrdir, vǝli,
Ey sǝnǝm, ol xali-ǝnbǝrbarın ondan yaxşıdır.
Nǝqşi-tavus istǝmǝn ondan camalın yey durur,
Lǝfzi-tuti dinlǝmǝn göftarın ondan yaxşıdır.
İstǝmǝn firdövs bağinin güli-xoşbusini,
Dünya bağında güli-rüxsarın ondan yaxşıdır.
Bu Xǝtai qatinǝ kim, qıldılar tǝrifi-müşk,
Çin-bǝçin ol zülfi-müşkinbarın ondan yaxşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət