Dərc edildi: Baxış sayı: 555
Şah İsmayıl Xətai - Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir
Gǝl tǝraş et xǝttini, şahi-cahan üç gündǝ bir,
Ta olasan afǝti-dövri-zaman üç gündǝ bir.
Mǝn sǝni çoxdan sevǝrdim, bilmǝmişsǝn, ey pǝri,
Öldürür aşiqini vermǝz aman üç gündǝ bir.
Çar ǝbru dilbǝri sevdim, ğǝrǝz qucmaq dǝgil,
Mǝrhaba etsin bizimlǝ tǝk haman üç gündǝ bir.
İki cahan hörmǝt içün sufi gǝlsin can ilǝ,
İçǝlim lǝli-şǝrabi-ǝrğǝvan üç gündǝ bir.
Ey günǝş yüzlü, yüzün göstǝr Xǝtai bǝndǝnǝ,
Nur ilǝ dolsun zǝminü asiman üç gündǝ bir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət