Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ey sənəm, eşqində hərdəm bu könül bimardır

Şah İsmayıl Xətai - Ey sənəm, eşqində hərdəm bu könül bimardır
Sakura

Şah İsmayıl Xətai - Ey sənəm, eşqində hərdəm bu könül bimardır

Ey sǝnǝm, eşqindǝ hǝrdǝm bu könül bimardir,
Eylǝ kim bülbül dǝxi ba eşqi-güldür, zardir.

Dün dedi hǝmdǝm mǝnǝ: "kimdir sǝnin könlün alan?"
Mǝn dedim: "bilmǝzmisǝn ol gözlǝri xunxaridir".

Nǝ ǝcǝb yüz üstǝ ol zülfin yatursa hǝr zaman,
Bu mühǝqqǝqdir ki, gǝnc üstǝ nigǝhban mardir.

Möhnǝti-hicran ǝlindǝn ey sǝnǝm, ğǝm çǝkmǝnǝm,
Dǝrdi-eşqin, ey pǝri, hǝrdǝm mǝnǝ ğǝmxardir.

Necǝ tǝrk, etsin Xǝtai kuyiniznin vǝsfini,
Kim, şikǝstǝ bülbülün daim yeri gülzardir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR