Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər

Şah İsmayıl Xətai - Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər
Sakura

Şah İsmayıl Xətai - Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər

Ey könül, yar vǝslini qoyma ki, yar ǝldǝn gedǝr,
Sǝn bu işdǝ qılma tǝqsir, ixtiyar ǝldǝn gedǝr.

İlbǝ-il, saǝtbǝ-saǝt xoş keçir, gün yarilǝ,
Hǝftǝ-hǝftǝ, günbǝ-gün ol ruzigar ǝldǝn gedǝr.

İşrǝtü zövqü sǝfayǝ ey könül, şad ol müdam,
Eyş nihan olur görünmǝz, aşikar ǝldǝn gedǝr.

Aşinayi tǝrk edübǝn, yada can vermǝ könül,
Yad ilǝ biliş olunca aşna, yar ǝldǝn gedǝr.

Ey Xǝtai, qoyma yarın damǝnin ǝldǝn müdam,
Kim ki, işin süst dytar hǝr nǝ ki, var ǝldǝn gedǝr.

Lǝblǝrin yadi ilǝ didǝlǝrim qan doludur,
Ağlamaqdan ǝtǝyim lǝl ilǝ mǝrcan doludur.

Sǝri-kuyindǝ nǝ ğǝm nalǝ qılırsa dilü can,
Yüzü gül, gülşǝn ara, bülbüli-xoşxan doludur.

Kimǝ şikvǝ edǝyim, sǝn qaşı yayın oxudan?
Hǝr yana sancıla, sinǝmdǝ bu peykan doludur.

Buyi-zülfin gǝtirir yadinǝ badi-sǝhǝri,
Canü dil bağçasıda müşk ilǝ reyhan doludur.

Ey Xǝtai, özünü xak edǝ gör, pak olasan,
Mǝnlik etmǝ ki, cahan ǝhlinǝ ürfan doludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR