Dərc edildi: Baxış sayı: 504
Şah İsmayıl Xətai - Eşqınız cana, bu könlüm təxtinə sultan durur
Eşqiniz cana, bu könlüm tǝxtinǝ sultan durur,
Bu vücudum mülkinǝ xeyli xǝyalın can durur.
Ta görübmǝn hüsnini, ey göhǝri-yekta sǝnǝm,
Bir gözüm Qülzim misali, bir gözüm Ümman durur.
Ruzi-şǝb bǝs kim, qılur, bülbül fǝğanü zarlıq,
Ta gülüstanda yüzüntǝk bir güli-xǝndan durur.
Əhli-taǝt, bǝski zikr eylǝr sifati-hüsnini,
Bildi ki, yüzün sifati ayǝti-Quran durur.
Dünyanın varu yoxundan ey Xǝtai, ğǝm yemǝ,
Saxlayan daim sǝni şol sayeyi-sübhan durur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət