Dərc edildi: Baxış sayı: 583
Şah İsmayıl Xətai - Bizim ol dilrüba cananəmizdir
Bizim ol dilrüba cananǝmizdir,
Mǝgǝr ol can degil, cana, nǝmizdir?
Yanarmǝn şǝmi-ruyin hǝsrǝtindǝn,
Demǝzsǝn, ol bizim pǝrvanǝmizdir?
Fǝraqindǝn nǝ fikri vardır, ey dust,
Vüsalın hǝr gecǝ mehmanǝmizdir.
Gözün sǝrmǝstdür, boyun sürahi,
Sözün noqlü lǝbin peymanǝmizdir.
Gülǝndǝ dişlǝrin ağzında, ey can,
Sǝdǝf içindǝki dürdanǝmizdir.
Sǝri-zülfin içindǝ danǝ xalın,
Könül quşinǝ damü danǝmizdir.
Dedim: kimdir Xǝtai, bǝndǝnizdǝ?
Dedi: bir aşiqi-divanǝmizdir!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət