Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Aşıq oldur kim, sözü canü dililə yar bir

Şah İsmayıl Xətai - Aşıq oldur kim, sözü canü dililə yar bir
Sakura

Şah İsmayıl Xətai - Aşıq oldur kim, sözü canü dililə yar bir

Aşiq oldur kim, sözü canü dililǝ yar bir,
Bir durur aşiq ǝzǝldǝn sevgili dildar bir.

Əhli-eşqin mǝniyi-zatü süfati bir durur,
Adǝmǝ qıl sǝcdǝ zahid, qılmagil inkar bir.

Cümlǝnin halın bilǝn sǝnsǝn niyǝ bildirmǝyǝn,
Demǝ hǝr namǝhrǝmǝ gǝr qılmasa iqrar bir.

Olmadı bu sirrǝ mǝhrǝm hǝr xǝsisi-kǝcsüxǝn,
Dǝrdimin dǝrmanı doğru, yar bir, ǝttar bir.

Pir birdir, sirr bir, iqrar bir, köftar bir,
İkilik sığmaz bu yolda, sirr ilǝ sirdar bir.

Sǝn bilirsǝn bǝndǝnin halın, nǝ bilsin bilmǝyǝn,
Birmidir, ya yüzmidir, ya minmidir, bazar bir.

Atǝşi-eşqin tutuşdurdu vücudim şǝhrini,
Baxaram ki, hur birdir, nur birdir, nar bir.

Sǝdhǝzaran zülm edǝrsǝn, dönmǝzǝm, döndǝrmǝzǝm,
Yüzümü, ya sözümü, ya gözümü, ğǝmxar bir.

Canǝ minnǝtdir nǝ gǝlsǝ ğǝm yemǝn şükr eylǝrǝm,
Canı verdim, başı qoydum, olmuşam bimar bir.

Mǝsti-eşq etdin mǝni, Mǝcnunü ǝmni neylǝrǝm,
Ey susamış qanıma, nǝrgizlǝri xunxar bir.

Ömr birdir, gün bu gündür, yetsǝ dǝm, saǝt demǝz,
Baqi olmaz can bu tǝndǝ, fanidir, ǝdvar bir.

Heç günahsız bǝndǝ olmaz, heç xǝtasız kimsǝ yox,
Sǝn günahın görǝ görkil ǝfv edǝn ğǝffar bir.

Bu dükan yüz min dükandır, hǝq dükanıdır vǝli,
Şǝhr birdir, kar birdir, asılırsan dar bir.

Ey Xǝtai, sǝn tǝvǝkkül hǝqqǝ qılgil çǝkmǝ ğǝm.
On sǝkiz min alǝmǝ hökm eylǝyǝn sǝrdar bir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR