Slimfit
  1. AZƏRBAYCAN

Sağlamlıq imkanları məhdud olan şəxslərə sosial xidmətlərin göstərilməsinə dair seminar təşkil edilib

Sağlamlıq imkanları məhdud olan şəxslərə sosial xidmətlərin göstərilməsinə dair seminar təşkil edilib
Sakura

Sağlamlıq imkanları məhdud olan şəxslərə sosial xidmətlərin göstərilməsinə dair seminar təşkil edilib

Gəncə şəhərində yerli QHT təmsilçiləri üçün Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı tərəfindən “Sağlamlıq imkanları məhdud olan şəxslərə sosial xidmətlərin göstərilməsinin nəzəriyyəsi və praktikası” mövzusunda ikigünlük seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə reallaşdırılan, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlara yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri açan Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri və layihənin rəhbəri Mehman Xəlilov bildirib ki, sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən sosial xidmətin keyfiyyəti əsasən bu xidməti reallaşdıran işçilərin bilik və bacarıqlarından asılıdır. Bu baxımdan sağlamlıq imkanları məhdud olan şəxslər üçün sosial xidmətlərin göstərilməsi mövzusunda seminarın keçirilməsi əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, Gəncə şəhəri və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiyasının gücləndirilməsində yerli icmaların və ailələrin rolunun təşviqi məqsədini daşıyan bu tədbir “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

Tədbirin məruzəçi eksperti, UAFA-nın təlimlər üzrə meneceri Ülviyyə Mirzəyeva təlimin ilk günü xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Əlilliyi olan insanlar üçün alternativ xidmətlər”, “Preventiv xidmətlərin növləri. Dünya təcrübəsində mövcud alternativ xidmətlər”, “Azərbaycanda mövcud olan alternativ xidmətlər”, “Böhran vəziyyətinə düşən ailələrə dəstək, Sosial iş və sosial işçi” mövzularında geniş məlumatlar verib.

Təlimin ikinci günü “İcma Əsaslı Reabilitasiya proqramı (İƏR) və onun əhatə dairəsi”, “İƏR-in inkişafında icmanın rolu” mövzularına həsr edilib.

Seminar ərzində mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb və qrup işlərinin təqdimatları dinlənilib.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair təlimat” kitabı, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzusunda kitabça və əlilliklə bağlı məlumatlandırma vərəqələri təqdim edilib.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR