Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sağlam uşaq böyütməyin 7 qızıl qanunu - Professordan maraqlı tövsiyyə...

Sağlam uşaq böyütməyin 7 qızıl qanunu - Professordan maraqlı tövsiyyə...
Sakura

Sağlam uşaq böyütməyin 7 qızıl qanunu - Professordan maraqlı tövsiyyə...

Gələcəyin vətəndaşı olan kiçikyaşlı uşağın sağlamlığı onun həyatının ən vacib məsələsidir. Səhhəti zəif olan, xəstələnən insanın illərlə başı öz xəstəliyi ilə mübarizəyə qarışır.
 
 
Moskvada ilin ən yaxşı həkimi, pediatr, professor İsmayıl Osmanov uşaq sağlamlığına ciddi münasibəti ilə seçilir.
 
medicina.az-a istinadən professorun valideynlərə lazım olacaq 12 vacib məsləhətini toplayıb.
 
1. İynə, peyvənddən qorxmamalıdır
 
Pediatriyada və gələcəkdə ən təhlükəli infeksiya, xəstəliklərin sayını azaltmaq üçün peyvənd kəşf edilib. Peyvənd olunmayan uşaqlar arasında ölüm halları daha çoxdur. Profilaktik peyvəndlərdən imtina etməyin. Hepatit B peyvəndini də uşaqlıqdan etdirin.
 
Uşağı sağlam böyütmək istəyirsizsə, peyvənd təqviminə tam əmin edin. Vərəm, pnevmokokk, göy öskürək, poliomielit, hemofil infeksiya, qızılca, meningit – bunlardan övladınızı bir peyvəndlə qoruya bilərsiz. Bu xəstəlikləri keçirən hər uşaq ölmür, düzdür, amma xəstəliyin fəsadları, sinir, beyinə vurduğu zərbə illərlə qalır
 
2. Doğulandan düzgün qidalanma
 
İdeal uşaq 2 yaşına kimi ana südü yeməlidir. Uşaq sonradan evdəkilərin, valideynlərin qida vərdişlərini təkrarlayır. Masanızda nə qədər az şirniyyat, hazır qida, konserva, rafinəedilmiş qidalar olsa, uşağın dad zövqü və ağız dadı bir o qədər düzgün formalaşar.
 
Uşaq 1 yaşından mürəkkəb karbohidratlar, lifli tərəvəz, meyvə, balıq, yumurta, süd məhsulları, keyfiyyətli ətlə qidalanmalıdır
 
3. Evdə sağlam psixoloji durum
 
Uşaq məktəbə qədər evdəki ab-hava ilə yoğrulur. Psixoloji sağlamlıq indi dünyanın bir nömrəli problemidir. Sizin probleminiz, nevrozunuz, mübahisələriniz uşağa ötürülməməlidir. Uşaq nə qədər psixoloji normal durumda böyüsə bir o qədər sakit, stabil, sağlam, xeyirxah olacaq.
 
Uşaq tez-tez qucaqlanmalı, gülümsəməlidir. Onun ideya və seçiminə hörmət olunmalıdır. Yalan danışmayın.
Övladınızı dərindən analiz edin, tanıyın.
 
4. Günün rejimi
 
Yatmaq, qalxmaq, gəzmək, hava, oyun, mütaliə, hətta evdə iş – gündəlik rejim məhsuldar qurulmalıdır. Günün yarısını yatan, ya yarısını televizora baxan, yarısını oynayan uşaq normal inkişaf edə bilməz. Düzgün rejim bioritmləri sağlamlaşdırır. Uşaq daha işgüzar, aktiv olur. Yuxusu normallaşır, əsəbləşmir.
 
 
5. İdman və gimnastika
 
Uşağı idmana qoymaq üçün onun böyüməsini gözləməyin. Uşaqlıqdan kiçik məşqlər, hərəkətlər etməlidir. Bu onun əzələ, sümük inkişafına təsir edir, çəkisini normallaşdırır, əhvalını yaxşılaşdırır. Səhərlər gimnastika gün boyu enerji verir.
 
Bağça və məktəbyaşlı uşaqlar isə həftədə 2 dəfə idmanla məşğul olmalıdır. Eləcə də uşağa kiçik yaşdan açıq havada yüngül qaçışı təlqin edin.
 
6. Yaxşı yatmayan uşaq sağlam ola bilməz
 
Yuxu sağlamlığın yarısıdır. Uşaq beyni, sinir sistemi yuxuda inkişaf edir. Uşağın ilk aylarında yuxu saatı 12-16 saat olmalıdır. 6 aydan sonra 12-15 saat, 1 yaşdan -3 yaşa kimi 11-12 saat, bağça müddətində 10-12 saat, çəktəb yaşında 9-10 saat yatmalıdır.
 
Kiçik yaşlı uşaqlar nə qədər ki, evdəkilər yatmır çətin yuxuya gedələr. Ona görə onun yatması üçün gərək valideynlər də yatsın. Uşaq yuxuya getdikdən sonra qalxa bilərlər.
 
Yuxu tam olsun deyə, uşaq yuxudan öncə təmiz hava almalı, otaq havalandırılmalı, çox ağır yeməklər yeməməlidir. Otaq hərarəti 18-20 dərəcədən artıq olmamalıdır.
 
Matras düz və bərk, yataq dəsti, yastıq isə yumşaq, təbii materialdan olmalıdır.
 
7. Qadjetlər – tv, planşet, telefondən UZAQ
 
Günün yarısını TV, planşetdə keçirən uşaqlar stresli, nevroq, diqqət yayqınlığı, görmə zəifliyi, onurğa problemi, nitq geriliyi, fikrini çatdıra bilməmək, əqli dözümsüzlük, yorğunluqla böyüyür.
 
Virtual aləmdə yaşayan uşaq hipodinamikdir, tez-tez ağlayır, tənbəldir.
 
Məktəb yaşına qədər uşaqlara komputer, planşet verilməsin. Verilsə də gündə 2 saatdan artıq olmaz.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR