Slimfit
  1. KİTABLAR

Sağlam qidalanmanın fransız qaydaları: energetik içkilərin xeyri varmı?

Sağlam qidalanmanın fransız qaydaları: energetik içkilərin xeyri varmı?
Sakura

Sağlam qidalanmanın fransız qaydaları: energetik içkilərin xeyri varmı?

Enerji içkilərinin zəhlətökən reaklarına biz hər yerdə rastlaşırıq – televizor ekranlarından standionlara qədər. Onun məqsədi cəmiyyətə bu içkilərin idman, uğur və xoşbəxtliklə birbaşa əlaqəsi olmasını təlqin etməkdir, guya onlar qələbəni simvolizə edir. Əsas bizi içməyə vadar etməkdir. Bir çox məşhur idmançılar reklamda iştirak edir və sadəlövh tamaşaçıları aldadırlar, “energetik”, “balanslaşdırılmış”, “qələbəyə aparan” kimi qondarma üstünlüklərini tərifləyirlər, özləri isə içmirlər.  İstehlakçını məhsulu daim almağa məcbur etmək üçün istənilən tərif yaxşıdır.

Fransada belə içkilərin qəbulu bir az sonra başladı, çünki orqanizmə mənfi təsiri ilə əlaqədar şübhələr var idi. 2008-ci ildə Fransanın Səhiyyə Nazirliyi bu içkilərin qəbulunun mümkün nəticələrini araşdırmaq xahişi ilə Sanitar Nəzarət İnstitutu və Sanitar təhlükəsizlik üzrə Agentliyə müraciət etdi. 2008-ci il mülumatları kofeinin təsiri nəticəsində yaranan xoşagəlməz hallara gətirib çıxardığını təsdiqləyirdi. Lakin nevroloji simptomların yaranması narahat olmağa əsas verir, hətta onların səbəbi birbaşa energetik içkilərin qəbulu ilə əlaqədar olmasa belə. Fransanın Səhiyyə Nazirliyi energetik içkilərin hamilə qadınlar, idmançı və uşaqlar tərəfindən qəbulunu, həmçinin onları tərkibində alkoqol, mərkəzi sinir sisteminə təsir göstərən və ya nevroloji nəticəyə gətirib çıxaran vasitə və dərmanlarla qəbul etməyi məsləhət görmür.

Bu tip içkilərin yayılmasının yeganə səbəbi biznesdir. Sağlamlığa onların heç bir aidiyyatı yoxdur. Məsləhət budur: istənilən bəhanə ilə belə içkilərin qəbulundan çəkinin. Onlar sağlamlıq üçün təhlükəlidir. Əlbəttə ki, bunu cavanlar arasında məşhur olan digər içkilər (şirin qazlı içkilər) barədə də demək olar. Belə populyarlığın iki səbəbi var. Onların tərkibində çoxlu miqdarda sadə şəkər var, buna görə də bizi ard-arda içməyə məcbur edərək susuzluğu həqiqətən yatırmağa qadir deyillər. Biz tez-tez içmək istəyirik, çünki şəkərin həddindən artıq qəbulu hipoqlemik təsir göstərir. Çox vaxt belə içkilərin tərkibinə xalis şəkər əvəzində şəkər əvəzedicilər (xüsusən aspart) daxil edirlər.

Əvvəlki hissə: Sağlam qidalanmanın fransız qaydaları: “gizli şəkər” və yeməyin hazırlanması

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR