Slimfit
  1. KİTABLAR

Sağlam qidalanmanın fransız qaydaları: 6 tüpürcək vəzisi

Sağlam qidalanmanın fransız qaydaları: 6 tüpürcək vəzisi
Sakura

Sağlam qidalanmanın fransız qaydaları: 6 tüpürcək vəzisi

3 cüt tüpürcəz vəzisi (qulaqardı, çənəaltı və dilaltı) hər gün 1000-1200ml tüpürcək ifraz edir. Təxminən bu qədər də mədə, qaraciyər və mədəaltı vəz sekresiya mayesi ifraz edir. Tüpürcək ağız boşluğuna tüpürcək vəzilərindən daxili sətnindən və dilin altından aparan kiçik borulardan düşür. Dili qaldırsaq yaxşı işıqlanma olsa iki kiçik çıxıntı görmək olar, çənə altındakı əzələni bassaq çoxlu tüpürcəyin ayrılmağının şahidi olarıq. Bundan başqa yanağın selikli qişasının səthində 400-700 əlavə kiçik tüpürcək vəzisi yerləşmişdir.

12 çənə sinirindən üç cütü müxtəlif dad birləşməsi və çalarının müxtəlifliyinin həssaslığına cavabdehdir. Bunlardan əsas 5 dad seçilir: şirin, duzlu, turş, acı və xoşagələn dad. Dilimiz bütün beş əsas dadı seçməyə qadirdir. Dil hərəkətli və sensorlu sinirlərin köməyi ilə hərəkətliliyə və xüsusi həssaslığa malikdir.

Beləliklə həzm prosesi dad sisteminin və tüpürcək ifrazının quruluşu sayəsində başlayır.

Tüpürcək dişlərin müdafiəsi və yenidən minerallaşdırılmasında vacib rol oynayır. Bundan başqa o qidanın dadını müəyyən etmək, onu maye və ya pastaya bənzər formaya salaraq yumşaltmaq üçün lazımdır ki, bu da qidanın qida borusundan mədəyə keçməsini asanlaşdırır.

Tüpürcəyin tərkibinə natrium, kalium və xlor, kiçik həcmdə şəkər və karbamid, hormonlar daxildir. O məhsulların tərkibində olan ilkin turşularını neytrallaşdıraraq ağız boşluğunda pH səviyyəsini nizamlayır.

Tüpürcək həmçinin yeməyin dadını müəyyən edən fermentlərdən ibarətdir. Lakin onlar ancaq ağız boşluğunda kifayət qədər qaldıqda öz funksionallığını yerinə yetirə bilərlər. Bu fermentlər arasında – amilaza və ya ptialin (nişastanı parçalayan), bakteriyaları məhv etmək üçün vacib olan lizosim (ağız boşluğunda patogenlərin çoxalmasının qarşısını alaraq anticism və A immunoqlobulini ifraz edən təbii antibiotik), lokal immunitetə cavabdeh olan laktoperoksidaza və uşaqlara ana südünü həzm etməyə kömək edən lipaza var.

Qida məhsullarının mədəni araşdırmalar üzrə Beynəlxalq işçi qrupunun məqaləsində həkim Rayner Vilda maraqlı nümunə çəkir: “Gözləri bağlasaq və ağıza bir qədər şəkər və ya duz qoysaq dil quru qaldığı müddətdə onları bir-birindən ayırmaq mümkün deyil. Lakin tüpürcək ifraz olunduqdan sonra duz və ya şəkərdən molekulun ayrılması prosesi baş verir, nəticədə biz şirin və ya duzlu dadını hiss edirik. Bu da tüpürcəyin əsas tərkibi olan su ilə qarşılıqlı əlaqəsinin nəticəsidir”. Tüpürcək həmçinin qida borusunun müdafiəsini də təmin edir. Unutmaq lazım deyil ki, biz gün ərzində 1500-2000 reflektor uda hərəkəti edirik.

Yeməyin çeynənməsi zaman tələb edir, əks halda siz sadəcə olaraq qidaların dadını hiss etməyəcəksiniz və həzm prosesinə elə birinci mərhələdə mane olacaqsınız. Gələcəkdə bu meteorizm kimi bütün həzm traktının, həmçinin tullantıların çıxarılmasına cavabdeh olan kor və düz bağırsağın xəstəliklərinə gətirib çıxara bilər.

Əvvəlki hissə: Sağlam qidalanmanın fransız qaydaları: dişlər, dil və dad reseptorları

Növbəti hissə: Sağlam qidalanmanın fransız qaydaları: “gizli şəkər” və yeməyin hazırlanması

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR