Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sağlam olmaq üçün gündə neçə dəfə qidalanmaq lazımdır?

Sağlam olmaq üçün gündə neçə dəfə qidalanmaq lazımdır?
Sakura

Sağlam olmaq üçün gündə neçə dəfə qidalanmaq lazımdır?

Son zamanların ən çox müzakirə olunan mövzularından biri də gündə neçə dəfə yemək yeməyin doğru olmasıdır. Bəzi dietoloqlar tez-tez amma az miqdarda qidalanmanın daha faydalı olduğunu, bəziləri isə əksinə gündə 3 dəfə qidalanmanın doğru olduğunu bildirirlər.
 
Medicina.az bildirir ki, bundan 10 il əvvələ qədər tez-tez qidalanmanın çəki azalmasına və maddələr mübadiləsinə yaxşı təsir etməsini əsas götürərək gün ərzində 5-6 dəfə qidalanmağı məsləhət görürdülər. Amma bir sıra araşdırmalarda tez-tez qidalanmağın leptin və insulin müqavimətinə səbəb oluduğu məlum olub.
 
Qidalanma sayının azaldılması ilə bir dəfəyə bol miqdarda qida qəbul edilir ki, bu da qidalaran daha yaxşı həzm olunmasını və orqanizm tərəfindən mənimsənilməsini təmin edir.
 
Bundan əlavə yemək arasında verilən uzun müddətli məsafə qlükoza səviyyəsinin düşməsinə, qan təqyiqinin azalmasına, ürək xəstəlikləri risqinin aşağı düşməsinə, xərçəng və yaşlanmağa bağlı olan böyrək narahatlıqlarının aradan qaldırılmasına kömək olur. 
 
Gün ərzində səhər yeməyi yeməyə və ya nahar etməyə vaxtınız yoxdursa bu hətta sizin üçün faydalı ola bilər.
 
Alimlərin fikrincə ən yaxşısı gün ərzində 2 dəfə qidalanmaqdır. Burda əsas məqsəd uzun müddətli aclıq hissi yaradaraq piylərin əridilməsini təmin etməkdir. Lakin qidalanma zamanı yediyiniz yeməyin tərkibi çox əhəmiyyət daşıyır. Belə ki, karbohidrat az, zülal bol olan qidalanma forması sizin arıqlamağınıza kömək olacaq. 
 
Amma bu cür qidalanma hər kəsə uyğun deyil. Burda əsas məqsəd balanslaşdırılmış qidalanmaq və arıqlamaqdır. Lakin əgər nahar arasında çox acırsınız və yemək zamanı həddən artıq yağlı və karbohidratlı qidalar qəbul edisinizsə o zaman bu cür qidalanma sizə görə deyil. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR