Dərc edildi: Baxış sayı: 382
Şagirdlər tətilə çıxır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin payız tətili başlayacaq.
Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, payız tətili beş gün olacaq.
Dərs ilinin növbəti tətili qışa təsadüf edəcək. Belə ki, beş günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.
Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət