Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şaftalının sağlamlığa 10 faydası

Şaftalının sağlamlığa 10 faydası
Sakura

Şaftalının sağlamlığa 10 faydası

Yayın ətirli meyvəsi şaftalı A, V, B qrup vitaminləri ilə zəngin olub, tərkibindəki maddə və minerallarla həm zahirən, həm daxilən insan sağlamlığı üçün vacib meyvədir. Nəzərə alın ki, əsl şaftalı üzəri xırda tüklərlə örtülü olan, ətirli, qabığı bir qədər qalın olandır. Çalışın dədə-baba şaftalısından alın.
 
Medicina.az şaftalının hansı xəstəliklərdə faydalı olduğunu araşdırıb.
 
1.Ürək ritmini yaxşılaşdırır və damarları möhkəmləndirir – şaftalıda olan karotin damarların divarlarını yeniləyir, pis hüceyrələrin artmasının qarşısını alır. Kaliy isə ürəyi möhkəmləndirir
 
2.Mədə-bağırsaq – şaftalı suyu mədə xəstəliklərində içilir, xüsusən turşuluğu zəif olanlara məsləhətdir
 
3.Böyrəklərdən qumu, kristalı təmizləyir – şaftalı sidikqovucudur, bədəndə şişi aparır, böyrəkləri təmizləyir
 
4.Uşaqlarda iştahı artırır – həm də mədə-bağırsaqlarını təmizləyir, xəstəlik keçirmiş uşağın özünə gəlməsini təmin edir
 
5.Podaqra, revmatizma – sidik turşularını xaric edir
 
6.Stress və psixi pozulmalarda - əhvalı qaldırır, meyvənin ətri belə beyində dəyişiklik yaradır, psixi harmoniyanı bərpa edir
 
7.Qanazlığında – tərkibində bol dəmir olması anemiyalı xəstələr üçün vacibdir. 
 
8.Cavanlaşdırır – həm meyvəsi, həm yağı, suyu daxilə və xaricə istifadə edildikdədəri hüceyrələrini nəmləndirir, qırış yaranmasının qarşısını alır, dərini təmizləyir
 
9.Arıqladır – 100 qram meyvədə cəmi 40 kkal var, ona görə dietada olanlar yeyə bilər.
 
10.Zəif insanı qüvvətləndirir, immuniteti qaldırır- xəstəlik törədən mikrob və virusları məhv edir.
 
Kimlər ehtiyatlı olmalıdır?
 
-Allergiyası olanlar
-Şəkərli dabetlər
-Piylənmə
-Yüksək turşuluqlu mədə qastriti
-Qarın pozulması, diareya, kolit
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR