Dərc edildi: Baxış sayı: 413
Şadlıq evinin rəhbəri cəzalandırıldı
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə noyabrın 26-da Beyləqan rayonu ərazisində reyd keçiriblər.
Rayonun İmamverdilər kəndi ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi faktına görə orada fəaliyyət göstərən şadlıq evi və süd emalı sexinin sahibi T.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd emalı sexindən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün laboratoriyaya təhvil verilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət