Slimfit
  1. AZƏRBAYCAN

Şadıq ki, bu qərar Bakıda verildi - Kuznetsov

Şadıq ki, bu qərar Bakıda verildi - Kuznetsov
Sakura

Şadıq ki, bu qərar Bakıda verildi - Kuznetsov

Çox şadıq ki, “Qədim Pskovun abidələri” nominasiyamız Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında Dünya İrs Siyahısına daxil edildi. Sevindirici haldır ki, bu nominasiyanın təqdimatı həm UNESKO-nun katibliyi, həm də quruma üzv ölkələr tərəfindən müsbət qarşılanıb.

Bu fikri Azərtac-a açıqlamasında Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bildirib.

Aleksandr Kuznetsov deyib:

“Pskov abidələri çoxdan YUNESKO-nun Dünya İrs Siyahısında olmalı idi. Müxtəlif səbəblərdən bu proses uzandı. Lakin biz şadıq ki, artıq bu gün bu qərar verildi. Bu nominasiya bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çünki öz tarixi, zəngin irsi ilə Pskov Rusiya mədəniyyətinin beşiyi hesab oluna biləcək şəhərlər siyahısındadır. Şəhər, həmçinin Avropa mədəniyyətinin bir parçasıdır. Azərbaycan nümayəndə heyəti də daxil olmaqla bütün nümayəndə heyətləri tərəfindən ünvanımıza səslənən xoş, hərarətli sözlərə görə çox şadıq”.

 

Qeyd edək ki, Rusiya Federasiyasının təqdim etdiyi "Qədim Pskovun abidələri" nominasiyası sessiyada iyulun 7-də müzakirə olunaraq qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR