Dərc edildi: Baxış sayı: 671
Sadıq bəy Əfşar - Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur,
Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.
Çün söz birlə əhvalın sorar əğyari-bidərd,
Neçün şad olmasunlar, rəhmsiz mərhəmləri bardur.
Məgər kim, ol səri-ku itləri məlum qılmışlar,
Mənim yox olduğum kim, əcəb matəmləri bardur.
Məni əfsürdə qıldı hicr suzi-vəsli-canımdin,
Qavansunlar olar kim, özgəcə aləmləri bardur.
Gözün mərdümləri ta tutdu mənzil bəhri-əşkimdə,
Müəyyən oldu kim, aləmdə su adamları bardur.
Olar kim, şadmanluq birlə ömrü sərf qılğaylar,
Əgər naşad olursa Sadiqi, biqəmləri bardur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət