Dərc edildi: Baxış sayı: 693
Sadıq bəy Əfşar - Şövqim gətürdi cilvəyə ol sərvqaməti
Şövqim gətürdi cilvəyə ol sərvqaməti,
Münkir imiş, ey həkim, gör imdi qiyaməti.
Axır fəqih badə ayağına qoydu baş,
Anı qutardı piri-Mutğanın kəraməti.
Əğyarı gör nedüm ki, dil azurdə olmayım,
Ol ta qəbulun olmadin, olmaz şaməti.
Halım yetişdi bir yerə kim, çərx rəhm edüb,
Etdi hisar cövrümə səngi-məlaməti.
Ey Sadiqi, quvanma vüsalinə dilbərin,
Künci-fəraqı bəklə ki, yoxdur nədaməti.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət