Dərc edildi: Baxış sayı: 792
Sadıq bəy Əfşar - Qıldı həngami-səfər sərvi-xuramanım vida
Qıldı həngami-səfər sərvi-xuramanım vida,
Vəqtidür qılsa təni-dilxəstəni canım vida.
Vəsl xanı üzrə çün küfrani-nemət qılmadım,
Bəs nədin, ya Rəb, bu yanlığ qıldı imanım vida.
Barsa hər yanğə barur ardınca əşki-həsrətim,
Eyləməz ol xaki-padən çeşmi-giryanım vida.
Yardən şimdi vida əyyamidür, dustlar,
Eyləmən heyrət qılursa əqlü samanım vida.
Üzri-təqsirat ilə güngü lal olsam, ni bang,
Kim, bu yanıklığ eyladi şuxi-suxəndanım vida.
Canü tən mabeynda samani-ülfət qalmadı
Kim, qılır yüz növ külfət birlə cananım vida.
Sadiqi bülbül kibi yığlab tilar avarəliğ
Kim, bu gülşəndin qılur gülbərgi-xəndanım vida.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət