Dərc edildi: Baxış sayı: 774
Sadıq bəy Əfşar - Hər nəfəs gündin yədi-beyza edər izhar sübh
Hər nəfəs gündin yədi-beyza edər izhar sübh,
Belədür dəvayi-ecaz etsə Musavar sübh.
Mehridin guya ki, bir xurşidvəş yüz göstərir
Kim, nisar eylər həzaran lölöyi-şəhvar sübh.
Guyiya gəlmiş kənarına ömrünün günü
Kim, qılır hər dəm əyan mundaq sarıq rüxsar sübh.
Ta edə rövşən cəhan əhlinə dağ sinəsin,
Hər səhərgahını neyçün yakasın yırtar sübh?
Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş,
Günə qarşu hər dəm anınçun açar dəstar sübh.
Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamına
Kim, gedər besyar şamü həm gəlür besyar sübh.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət