Dərc edildi: Baxış sayı: 721
Sadıq bəy Əfşar - Ey əcəl, al canımı, aləmni ansız körməyin
Ey əcəl, al canımı, aləmni ansız körməyin,
Canımı canansızü cismimni cansız körməyin.
Cilvə qılmas qaməti könlüm ara kur et közüm,
İstərəm bu bağnı sərvi-rəvansız körməyin.
Qoy yıxılsın səbr bünyadı, tökülsün cami-eyş,
Közümi seylabsız, bağrımı qansız körməyin.
Keçdi ömrüm yarsız, ey çərxi-dun, tap al canım
Kim, həyat əyyamını ol novcəvansız körməyin.
Gər xəyalı gəlməsə gözdin qılay qət'i-nəzər,
Sadiqi, hərgiz bu evni mehmansız körməyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət