Slimfit
  1. ƏDƏBİYYAT

Sadıq bəy Əfşar - Əgər dünya budur, bixanü biman olmamız yegdür

Sadıq bəy Əfşar - Əgər dünya budur, bixanü biman olmamız yegdür
Sakura

Sadıq bəy Əfşar - Əgər dünya budur, bixanü biman olmamız yegdür

Əgər dünya budur, bixanü biman olmamız yegdür,
Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Bu isə şeyxü vaiz, məscidü minbər tamaşası,
Xərabat əhlidin məstü qəzəlxan olmamız yegdür.
Bularsa ol cəmaət kim, urarlar lafi-bəxşayiş,
Yetər cəm'iyyəti-xatirpərişan olmamız yegdür.
Əgər dövlət budur kim, dundən, xəlqi itaətdən,
Gəl, ey həmdəm, əlaxan olmamız yegdür.
Bulay kim, əl verə bir sərvi-xoşrəftar pabusu,
Cəhanda sayədən xak ilə yeksan olmamız yegdür.
Nədir keyfiyyəti zöhdü ribavü şəttü damanın,
Gigib divanəvəş məstü qəzəlxan olmamız yegdür.
Gəhan gülzarının xəndan gülü bərbad olur axır,
Buludtik gah xəndan, gah giryan olmamız yegdür.
Bulunmaz çün cəhan məmurəsində xaneyimunis,
Ənisi-qəm, müqimi-gənci-viran olmamız yegdür.
Dədü damın hərifi olmanız, muri-zəifləriz,
Demə, ey Sadiqi, mülkə Süleyman olmamız yegdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR